ABŞ və Qətər rəsmiləri Həmas və İsrail arasında məhbus mübadiləsi üçün Dohada görüşüblər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da yayımlanan "Axios” xəbər saytının adı açıqlanmayan 3 mənbəyə əsaslanaraq verdiyi xəbərə görə, ABŞ Prezidenti Co Baydenin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Brett Makqurk Dohada Qətər Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə görüşüb.
Görüş zamanı regional gərginliklər və Həmas ilə İsrail arasında əsir mübadiləsini asanlaşdırmaq səyləri müzakirə edilib.
Məsələ ilə bağlı məlumatlı mənbələrin bildirdiyinə görə, İsrailin HƏMAS-ın yüksək səviyyəli lideri Saleh əl-Arurini Beyrutda öldürməsindən sonra HƏMAS tərəfindən dayandırılan danışıqlar bu həftənin əvvəlində bərpa edilib. Vaşinqton və Doha administrasiyası danışıqlarla bağlı açıqlama verməyib.
ABŞ dövlət katibi Antoni Blinken Türkiyə və Yunanıstandan sonra regional turu çərçivəsində İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və İsrailə səfər edib. Blinken dünən İsrail prezidenti İsaak Hersoq, baş nazir Netanyahu, xarici işlər naziri İsrael Katz və Hərbi Nazirlər Kabinetinin üzvləri ilə görüşüb.
Blinkenin Qəzzadakı məhbuslarla bağlı İsraildəki kəşfiyyat qurumlarının rəhbərləri ilə də görüşlər keçirdiyi bildirilib.
Dünən Qəzzada saxlanılan bəzi əsirlərin ailələri ilə görüşən Blinken, "Qalan girovların evlərinə gətirilməsi üçün sıx şəkildə diqqətimizi cəmləyirik" dedi. dedi.
Mikayıl