"Həmin hormonsuz..." - Nazilə təhqir etdi

"Həmin hormonsuz..." - Nazilə təhqir etdi
MAQAZİN
10:34 25.12.2018
5741
"Bu möhtəşəm şouya qatılmağıma heç peşman deyiləm. Ağzıgöyçəklər özünü yormasın, yarışma gözəl olub. Xəyalənin əli ilə çıxmışamsa, bu daha gözəl".

AZXEBER.COM-un məlumatına görə, bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkədə yazıb. Aktrisa Xəyalə Quliyevanın səs toplayaraq onu oyundan uzaqlaşdırmağı ilə bağlı tənqidlərə cavab verib:

"Nə olub ki Xəyaləyə? Ailəsi, çox hörmətli əri, uşaqları, isməti… Mənəvi və əxlaqı kəsiri olmayan xanımdır. Məgər, görmədiniz ki, çıxanda Xəyalənin alnından öpdüm? Allah uzaq etsin, məni "Maşın”dan bəzi natarazlar çıxarsa, nə olardı? Bircə narahatam ki, Xəyalə elə o hormonsuzun əli ilə çıxar. Xəyaləmin alnından öpdüyümə görə peşman olaram. Gələn gündən deyirəm ki, hamı maşına görə oynayır, mən adıma. Onun maşını yoxdur, mənim var. Qoy onun da olsun, nə olar ki? Xəyalə də xına gecələrinə gedir. Onu yalançı və digər sözlərlə qələmə verməyə heç kimin haqqı yoxdur! Ucuz düşünməyin, ay bəziləri… Oyununuz uğurlu olsun”.

Qeyd edək ki, şouda olduğu zaman nazilə Xose Bernardo və Ramil Nabranla danışmırdı. Sosial şəbəkədə onun bu sözləri həmin iştirakçılara dediyi yazılıb.
OXŞAR XƏBƏRLƏR