Həmkarı Xatirənin adından insanları aldatdı - VİDEO

MAQAZİN
22:02 05.02.2025
143
Müğənni Xatirə İslam sosial şəbəkədə paylaşdığı videomüraciətində həmkarı Nicat Məhərrəmli ilə münasibətlərinə son qoyduğunu bildirib.
 
AZXEBER.COM xəbər verir ki, Xatirə İslam Nicatın dəfələrlə onun adından istifadə edərək insanlardan beh aldığını deyib.

"Nicat toylarda, şənliklərdə, açılışlarda və müxtəlif tədbirlərdə mənim adımdan beh istəyib. Sənət yoldaşlarım, dostlarım, aparıcılar zəng edərək bu barədə mənə şikayət ediblər.
 
Mahnının bütün xərclərini özüm çəkdim, boynuma götürdüm. Hətta dedim ki, sənə bir klip də hədiyyə edəcəyəm, özüm çəkəcəyəm, pulunu da özüm ödəyəcəyəm. Ki, sən də digər müğənnilər kimi ayaq üstə dura biləsən, tanınasan. Amma günü bu gün də mənim adımdan pul alır və sonra deyir ki, guya Xatirə xanımın övladının vəziyyəti ağır olduğuna görə məclisə gələ bilmir. Hər kəsə bildirmək istəyirəm ki, bu münasibətləri artıq bitirirəm! Bundan sonra Nicat mənim adımı heç yerdə çəkməsin!"
Aysel
 

OXŞAR XƏBƏRLƏR