Həmyerlisi tərəfindən öldürülən azərbaycanlının cəsədi Türkiyədə axtarılır - FOTOLAR

SOSİAL
18:05 13.04.2016
3227

Naxçıvandan Türkiyənin İğdır şəhərinə sərnişin daşıyan Asəf İmanovun cinayətin qurbanı getdiyi məlum olub.

AZXEBER.COM xəbər verir ki, martın 30-dan xəbər çıxmayan Asəf ən son Zibeydə Xanım bulvarında görünüb.

Hazırda onun cəsədi Ermənistanla Türkiyə sərhəddində axtarılır. Onun tapılması üçün oğlu Qafur və 2 yaxını İğdır Polis Bölməsinə müraciət edib.

Bu məsələ ilə bağlı Naxçıvanda Ziyafət Əliyev adlı şəxs tutulub. O, İğdırda İmanovu öldürdüyünü və Bayraqtutan kəndindəki su kanalına onu atdığını bildirib. Məhz bu ifadə əsasında hazırda polis və FHN nümayəndələri həmin kanal boyunca Türkiyə-Ermənistan sərhəddində yerləşən Araz çayı üzərində cəsədi qayıqla axtarmağa başlayıblar.

Axtarış zamanı Asəfin paltarı və mobil telefonu tapılıb. Kanalın bağlı olduğu Araz çayında isə Van FHN-inin dalğıclarının axtarış aparacağı bildirilib.

28 yaşlı Ziyafət verdiyi ifadədə martın 30-da pul qarşılığında İğdırda Asəf İmanovun maşınına minərək şəhər mərkəzindən 20 km uzaqlıqdakı Bayraqtutan kəndinə getdiklərini, sürücünü burda bıçaqla öldürdüyünü, cəsədini isə su kanalına atdığını bildirib. O, mərhumun üstündəki pulları götürdüyünü, hadisə yerindən isə həmin avtomobillə uzaqlaşaraq Manisanın Akhisar qəsəbəsinə getdiyini, 2 gün dostunun evində qaldığını, sonra həmin maşını yol kənarında buraxaraq avtobusla İstanbula getdiyini söyləyib.

Qeyd edək ki, Ziyafət Əliyev İstanbuldan təyyarə ilə Bakıya, daha sonra Naxçıvana gedib. Lakin az sonra o tutulub.

///Qaynar.info

OXŞAR XƏBƏRLƏR