O AZXEBER.COM-a müsahibəsində deyib ki, 8 ildir Hepatit C xəstəliyindən əziyyət çəkən Kənan Hacı maddi problemi olduğundan müalicə ala bilmir:
“Vəziyyətim pis idi. Baxdım ki, ayaq üstə dayana bilmirəm. Getdim həkimə, dedilər ki, səndə Hepatit C xəstəliyi var. İnanmadım, bir neçə yerdə analiz verdim, xəstəlik təsdiqləndi. Xəstəliklə əlaqədar bir müddət yüngülvari müalicə aldım. Amma indi təkrar müalicəyə ehtiyacım var. Bu xəstəlik elədir ki, həmişə həkim nəzarətində olmalısan. Mənim isə müalicə olunmaq üçün problemlərim var. Pulum olmadığından uzun müddətdir ki, müalicə ala bilmirəm. Bunun da nəticəsində iş qabiliyyətimi itirirəm, ayaqlarım tutulur, yuxusuzluqdan əsəblərim korlanıb”.
Xəstəliyin qara ciyərini parçaladığını vurğulayan K.Hacı ya Azərbaycanda, ya da xarici ölkələrin birində müalicə olunmalıdır. 6 aylıq müalicə üçün ona 15 min manat lazımdır. Xəstəliyin dərmanları baha olduğu üçün şairin almağa imkanı yoxdur
AZXEBER.COM-un məlumatına görə, ATV yazıçının evində olub ve geniş reportaj hazırlayıb.
Həmin reportajı təqdim edirik: