16:56 şənbə, 17 Avqust 2019
KRİMİNAL

“Hər ikisi çılpaq vəziyyətdə idi...” - Oteldəki qətlin detalları

14:49, 12.02.201924625
“Hər ikisi çılpaq vəziyyətdə idi...” - Oteldəki qətlin detalları
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 6 yaş kiçik sevgilisini 33 bıçaq zərbəsi vuraraq öldürməkdə təqsirləndirilən 31 yaşlı Günel Hüseynovanın məhkəməsi keçirilib. 

AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə baxış iclası baş tutub. 

İttihama görə, G. Hüseynova onunla rəsmi nikaha girəcəyi barədə verdiyi sözə əməl etməyən sevgilisi Vüqar Atakişiyevi "Grand" oteldə bıçaqlayaraq öldürüb. 

G. Hüseynova özünü qismən təqsirli bildiyini deyib. 

Hadisənin şahidi, polis mayoru Müşviq Cabbarov deyib ki, otelə gedəndə görüb hər yer qan içindədi: "Pəncərələr sınıb, oğlan da ölmüşdü. Qadın isə həddindən artıq qorxurdu, əsirdi. "Ana, ana" deyə qışqırırdı. 

Qız mənə dedi ki, Vüqar onun bakirəliyini pozub, amma onunla evlənməkdən imtina edib və başqası ilə evlənəcəyini deyib. Bu danışıq qızın xoşuna gəlməyib və onu öldürüb. Orda da oğlanı çox sevdiyini deyirdi. Mərhuma deyib ki, başqası ilə evlənsən də, yenə görüşək. Oğlan yenə də razı olmayıb. Qız isə sonuncu dəfə görüşmək üçün çağırıb, iki dəfə onunla cinsi əlaqədə olduqdan sonra oğlanı qətlə yetirib”. 

Digər polis əməkdaşı Ülvi Mirzəzadə deyib ki, qışqırtı səsini eşidərək otağa gedib və qapını sındıraraq içəri girib:  "Gördüm hər ikisi çılpaq vəziyyətdədir, oğlan qan içində idi. Qızın əlində bıçaq vardı, bıçağı əlində hərəkət etdirirdi, amma oğlanın bədəninə vurmurdu. Mən içəri girəndə artıq 33 bıçaq zərbəsi vurmuşdu. Şok vəziyyətində idi, məni eşitmirdi. Sonradan bıçağı yerə qoyub əynini geyindi. Amma  bizə yalvarırdı, deyirdi ki, mən onu sevirəm, ölməsin". 

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Grand” oteldə baş verib. G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevi boğazından və qoltuq nahiyəsindən bıçaqlayaraq öldürüb. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində ölüb.
XƏBƏR LENTİ