Hərbi təyyarə qəzaya uğradı, 27 sərhədçi öldü

DÜNYA
19:25 25.12.2012
1336
Qazaxıstanın cənubunda Sərhəd Xidmətinə məxsus “An-72” tipli hərbi təyyarə qəzaya uğrayıb.AZXEBER.COM-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, təyyarədə 27 nəfər vəfat edib.Ölənlərdən 7 nəfər ekipaj üzvü, 20 nəfər hərbçi olub. Həlak olanlar arasında Qazaxıstan Sərhəd Xidmətinin rəisi, polkovnik Turqanbek Stambekov da var.Təyyarə Astana-Şımkent marşrutu üzrə reys yerinə yetirərkən qəzaya uğrayıb. Qəzanın səbəbləri hələlik məlum deyil.

OXŞAR XƏBƏRLƏR