Hərbi təyyarə qəzaya uğradı: sağ qalan olmadı

DÜNYA
21:28 25.12.2012
1265

Qazaxıstan Hərbi Hava Qüvvələrinə məxsus «An-72» təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin 7 nəfər ekipaj üzvü, 20 hərbçi, o cümlədən sərhəd xidməti direktorunun vəzifəsini icra edən polkovnik Turqanbəy Stmabəyov həlak olub.

Faciəli olay ölkənin cənubunda Çimkəntdə baş verib.

Mənbənin bildirdiyinə əsasən, təyyarə Astana-Çimkənt marşrutu üzər hərəkət edirmiş.

Qəzadan sonra sağ qalan olmayıb.

OXŞAR XƏBƏRLƏR