Həyat yoldaşı ilə yataqda tutduğu dostunu tikə-tikə doğradı - ŞOK

MARAQLI
00:10 28.11.2012
4301

Həyat yoldaşı ilə yataqda tutduğu dostunu balta ilə öldürüb cəsədini tikə-tikə doğrayan ər-arvad 20 il azadlıqdan mərhum edilib.

İki uşaq atası Engin P., həyat yoldaşı Rehya P. və dostu Sebahattin Yenerlə birlikdə spirtli içki qəbul edib. Spirtli içkinin təsirindən Engin yuxuya gedib. Dostu və həyat yoldaşı ilə cinsi əlaqəyə girdikdən sonra yuxuya gediblər. Gecə yuxudan oyanan Engin həyat yoldaşını və dostunu eyni yataqda görüncə balta ilə dostunun başına vuraraq onu qətlə yetirib. Daha sonra vanna otağında cəsədi 10 hissəyə bölərək, ayrı-ayrı kisələrə qoyub gölə atıblar.

Polisin apardığı araşdırma nəticəsində ər-arvad qısa müddət ərzində yaxalanıb. Həbs olunan qadın cinayətlə heç bir əlaqəsinin olmadığını, qorxduğuna görə həyat yoldaşına kömək etdiyini deyib.

Dəhşətli cinayətdə şübhəli bilinən ər-arvad son dəfə məhkəmə qarşısına çıxıb. Engin P. həyat yoldaşının cinayətə qarışmadığını, onun günahsız olduğunu deyib.

Ərinin dostu ilə cinsi münasibətdə olan Reyhan P. isə hadisə zamanı evdəki səs-küyə oyandığını deyib: "Mən evdəki gurultuya oyandım. Həyat yoldaşım mənə sillə vurduqdan sonra huşumu itirdim. Mən heç nəyə qarışmamışam. Sadəcə gizli cinsi münasibətdə olmuşam. Hadisə ilə mənim heç bir əlaqəm yoxdur. Uşaqlarımın gözü qabağında belə bir iş tutmağım qeyri-mümkündür".(teleqraf.com)

OXŞAR XƏBƏRLƏR