Bir gözü mavi, digəri isə mavi-qəhvəyi qarışığı ilə doğulan uşaq doğulanda ailəsi narahat olub uşağı təcili həkimə aparıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, həkimlər hazırda 9 yaşında olan Fatehin gözlərində görmə probleminin olmadığını, sadəcə heteroxromiya olduğunu bildiriblər.
9 yaşlı uşaq qeyd edib ki:
"Gözümün rəngini soruşanlara qəhvəyi və mavi deyirəm. Məni görənlər mənimlə şəkil çəkdirirlər. Hətta onu da əlavə edim ki, ailəmdə heç kimin gözləri mavi deyil”
Uşağın atası Cebrail Yalçınkaya övladının sağlam olduğunu bildirib:
"Bu gözlər Allahın bir hədiyyəsidir. Ona görə də təəccüblənmirik. Doğulanda bir az panikaya düşdük, həkimə apardıq, dedi ki, qorxacaq bir şey yoxdur, Allahın iznidir. Görməkdə problemi yoxdur, görən hər kəs təəccüblənir. Oğluma reklam təklifi gəlsə, bu haqda düşünüb iştirak etməsinə icazə verəcəyik”.
Oksana