“Heydər Əliyev 18 yaşımda məni qəbul etmişdi” - Firdovsi Umudov

“Heydər Əliyev 18 yaşımda məni qəbul etmişdi” - Firdovsi Umudov
SOSİAL
14:06 10.05.2021
682
"Bu gün qazanılan bütün uğurların memarı Ulu Öndərimiz Heydər Əliyevdir”. 

AZXEBER.COM xəbər verir ki, bu sözləri Sərhədçi İdman Olimpiya Mərkəzinin rəis müavini, idman bölməsinin rəisi, polkovnik -leytenant, "Şöhrət” ordenli, Əməkdar məşqçi, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü münasibətilə danışarkən deyib. 
F.Umudov qeyd edib ki, Azərbaycan hazırda bütün sahələrdə yüksəliş dövrünü yaşayır:

"Bütün bunlar Ümummilli Liderimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra baş verdi. Həmin il yeniyetməlik yaşlarımda idim və güləş üzrə Milli Komandada çıxış edirdim. O zamanlar ölkəmizdə çox acınacaqlı bir durum vardı. Xaos və anarxiya idmandan da yan keçməmişdi. Milli yığma komandamız dünya birinciliyində iştirak edə bilmədi. Məhz Ulu Öndər 1993-cü ildə hakimiyyətə gələndən sonra bütün sahələrdə olduğu kimi idmana da diqqət və qayğı göstərdi. Nəticəsi isə çox az bir müddətdə öz bəhrəsini verdi. Ulu Öndərimizin idmançılarla görüşləri və səmimi söhbətlərinin şahidi olmuşam. Ümummilli Liderimiz 1995-ci ildə bizi ilk dəfə Prezident Aparatında qəbul etdi. Mənim onda 18 yaşım var idi. Avropa Çempionatında mükafatçı olmuşdum. Ulu Öndərimizlə görüşmək, onun tövsiyələrini dinləmək mənim üçün böyük xoşbəxtlik idi.  Bu gün də özümü çox xoşbəxt hiss edirəm ki, onunla görüşmüşəm, tövsiyələrini dinləmişəm.  Ulu öndər bizi hər zaman qalib görmək istəyirdi. Ümumilli Liderin bizə əsas tövsiyələri bu idi ki, Vətəni, torpağı, bayrağı sevmək lazımdır. Ulu Öndərimizin bütün kəlmələri yaddaşımıza həkk olunub. Ulu öndər deyirdi ki, idman insanları həm mənəvi, həm də fiziki cəhətdən yüksəldən vasitədir”.

Firdovsi Umudovun sözlərinə görə, Ümummilli Liderimizin uzaqgörənliyi, Azərbaycan gəncliyi və xalqının sağlam ruhda formalaşması üçün atdığı addımlar bu gün də öz bəhrəsini verir:

"Məsələn, idmançılarımız beynəlxalq arenada qazandıqları uğurlarla millətimizi sevindirir. Ümummili Lider Azərbaycanımızı bütöv görmək istəyirdi. Bu gün onun varisi, uzaqgörən siyasətinin layiqli davamçısı olan müzəffər Ali Baş Komandanımız,  Prezident İlham Əliyevin mütərəqqi və praqmatik qərarları göz qabağındadır. Ulu Öndərimiz deyirdi: "inanıram ki, Azərbaycan xalqının köməyi və dəstəyi ilə mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri özüm qədər inandığım İlham Əliyev sona çatdıracaq. Mən ona inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Həqiqətən də Müzəffər Ali Baş Komandanımız Ulu Öndərin bütün vəsiyyətini yerinə yetirdi, torpaqlarımız işğaldan azad olundu. Artıq Qarabağımız, Şuşamız və işğal edilmiş digər torpaqlarımız azaddır. Bu gün Ulu Öndərimizin ruhu şaddır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ulu Öndərimiz Heydər Əliyev ürəklərdə yaşayacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım