BAKU AZƏRBAYCAN
8°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
SOSİAL
16:29 24.03.2020
2557
Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürüb.

Fondan AZXEBER.COM-a verilən məlumata görə, bununla yanaşı, Heydər Əliyev Fondu daim öz himayəsində saxladığı bir sıra müəssisələrə koronavirusla mübarizə sahəsində dəstək göstərib. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə  koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrılıb, qeyd olunan müəssisələr dezinfeksiya edilib, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarının, sosial təcrid rejiminin tətbiq olunması üçün zəruri təşkilati dəstək göstərilib.

Bununla yanaşı, virusa yoluxmada risk qrupuna daxil olan ahıl vətəndaşların məskunlaşdığı Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsində xidməti personalın kənar mühitlə təmasını maksimum məhdudlaşdırmaq üçün  Fondun təşkilatçılığı ilə uzunmüddətli növbəli sistem yaradılıb.

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən buna qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın işinə dəstək olaraq müxtəlif tibb müəssisələrinə maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr verilib və bu istiqamətdə yardımlar davam edir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

21:12 03.04.2020

İtaliyada bu gün koronavirusdan 766 nəfər öldü

21:02 03.04.2020

Koronavirusa yoluxanların çoxu Bakıdandır - Rayonların statistikası

19:44 03.04.2020

Xaliq Hüseynovdan maarifləndirici video: "Sabahımıza gedən yolu #evdeqal araq işıqlandıraq!"

19:41 03.04.2020

Məşhur stadion müalicə mərkəzinə çevriləcək

19:01 03.04.2020

Gənclər 70 ahıl və aztəminatlı ailəyə zəruri ərzaq məhsulları təqdim edib -Foto

18:34 03.04.2020

Bu ölkə Çinin sərhəd qonşusu olsa da, orada COVID-19-a yoluxma halı qeydə alınmayıb

18:23 03.04.2020

“Koronavirus təkcə ağciyərləri deyil, beyin və ürəyi də zədələyir” - Almaniyada həkim işləyən azərbaycanlı

18:15 03.04.2020

Koronavirusa qarşı peyvənd sınaqdan keçirildi

17:13 03.04.2020

DİN: Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur

17:10 03.04.2020

Binəqədi Rayon İcra Hakimiyyətinin sakinlərə - Video müraciəti

16:54 03.04.2020

Səbəbsiz yerə evdən çıxan sürücü və sərnişinlər 100 manat cərimələndi - FOTOLAR

16:36 03.04.2020

Bank of Baku Elektron Kommersiya Xidmətini PULSUZ etdi!

16:25 03.04.2020

“Azərsu”: Borca görə su kəsilməyəcək

16:09 03.04.2020

“Özlərini bilərəkdən ölümün qucağına atmasınlar” - Xəbərdarlıq

15:53 03.04.2020

Məşhur tarzən Şəhriyar İmanov eyvanda canlı konsert verdi - VİDEO - #evdəqal

15:37 03.04.2020

Bakıda məşhur müğənni karantinə belə aparıldı... - VİDEO