Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu

Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu
SOSİAL
21:29 24.09.2019
7526
Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi Tərtər rayonu, Təzəkənd sakini Elxan Mehdiyevin müalicəsinə dəstək göstərəcək.

AZXEBER.COM-un məlumatına görə, 1992-ci ildə Ağdərə rayonu uğrundakı döyüşlərdə şəhid olan Elman Mehdiyevin oğlu Elxan Mehdiyev kəskin bronxial astmadan əziyyət çəkdiyindən müalicəsinə kömək göstərilməsi üçün müraciət edib.

Elxan Mehdiyev hazırda Tərtərdə ağır mənzil-məişət şəraitində yaşadığından Heydər Əliyev Fondu ailə üçün qısa müddətdə yeni evin inşasını da həyata keçirəcək.
OXŞAR XƏBƏRLƏR