Heydər Əliyev Sarayında möhtəşəm Yeni il şənliyi keçiriləcək

Heydər Əliyev Sarayında möhtəşəm Yeni il şənliyi keçiriləcək
Bütün Xəbərlər
11:24 11.11.2013
849

Dekabrın 27-dən 30-dək Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri keçiriləcək.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, bu barədə Heydər Əliyev Sarayının mətbuat xidmətindən bildiriblər.Yeni il şənliyində uşaqların əyləncəsinə rəng qatacaq bir-birindən maraqlı rəqslər, musiqilər və sürprizlər nümayiş olunacaqdır.Yeni ilin atributları sayılan Şaxta baba və Qar qız da uşaqları təbrikedənlər sırasında olacaqdır.Heydər Əliyev Sarayının rəhbərliyi ənənəyə sadiq qalaraq bu konsertdə də Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin uşaqları və uşaq evlərinin sakinləri üçün təmənnasız yerlər ayırmışdır.cKonsertin biletləri artıq satışdadır.

OXŞAR XƏBƏRLƏR