Heydər Əliyevə qəsd planı və ya “may sazişi”ni pozan əsgər..

Heydər Əliyevə qəsd planı və ya “may sazişi”ni pozan əsgər..
Bütün Xəbərlər
11:46 14.04.2016
2593
Zahid Oruc1994-cü ilin atəşkəsinə gedən hərbi yolu hər kəs yaxşı xatırlayır. İkinci dəfə hakimiyyətə qayıdandan 4 il sonra ölkəsinin hər yanında ölüm-dirim savaşı aparan keçmiş sovet liderlərindən birinin-Heydər Əliyevin Amerikaya səfəri Qərbə açılan yeni qapı idi. Birləşmiş Ştatların qazandığı soyuq müharibənin yerində qərar tutmuş müstəqil dövlətlər köhnə imperiyanın xarabazarlığından çıxmamış bolşeviklərin basdırdığı minalara düşmüşdülər.8 illik müharibəni durdurmaq üçün nələr etdiyini ilk dəfə açıq dilə gətirən Əliyev Ağ Evin bəyaz rahatlığında özünü təhlükəsiz hiss etdiyini heç gizlətməmişdi.O belə deyirdi: “Biz Vladimir Kazimirov vasitəsilə dəfələrlə müharibənin dayandırmaq haqda Moskvaya və şəxsən Yeltsinə müraciətlər etsək də erməni hərbi birləşmələri daha çox əraziilərimizi ələ keçirmək üçün əməliyyatları davam etdirirdilər. Amma 1994-cü ilin əvvəlində vəziyyət dəyişdi. Horadiz əməliyyatından sonra silahlı qüvvələrimizin Füzulinin 22 yaşayış məntəqəsini ermənilərin işğalından azad etməsindən sonra Rusiyanın bütün siyasi-hərbi elitası məni axtamağa başladı”.Göründüyü kimi cəbhədəki vəziyyətdən daha acınacaqlı durumda olan mərkəzi hakimiyyətin hələ möhkəmlənmədiyi və 1 milyona qədər köçkünün humanitar fəlakəti fonunda sülh,müvəqqəti pauza axtarışları qaçılmaz idi. Levon ter-Petrosyana və onun Qarabağdakı səhra komanidirlərinə elə gəlirdi ki,döyüş meydanındakı tam və qəti qələbə Bakının təslimçilik aktını imzalaması ilə başa çatacaq. Ona görə Qraçovun tapşırığı ilə işə qoşulan diplomatlar dərhal atəşkəs sazişininin mətnini hazırlamağa başlamışdılar.Əslində o vaxtlar Rusiyanın siyasi və hərbi rəhbərliyində Qarabağ məsələsində vahid mövqe yox idi.Xarici işlər naziri Kozırev dəfələrlə Yeltsinə demişdi ki, demokratların imici və Qərbin iqtisadi yardımlarını qazanmaq naminə o, ATƏM-lə fəal əməkdaşlıq etsin, Qərblə dil tapsın. Mario Rafaellonun planı da o vaxtlar meydana çıxmışdı. Məhz ona görə 1993-cü ildən başlayaraq, BMT sənədlərini-ilk növbədə, 822 saylı qətnaməni yerinə yetirmək üçün Avropa diplomatları Moskvaya təzyiq edirdilər.Görün, bütün həyatını Qarabağda avantüralara və böyük hərbi toqquşmalara xərcləmiş bədnam Kazimirov özünün o vaxtkı gündəliyində nə yazır. O, Kozırevə deyir: “Avropa susur,İtaliya Amerikanın yolunu gedir, Türkiyə səssizliyini saxlamaqdadır, ABŞ qapımızı çırpıb gedəndən sonra yenidən bizim qoyduğumuz şərtlərə qayıdıb, Rusiya isə təkbaşına Don Kixot kimi hamı ilə vuruşub qalib gəlib”. Yəqin, xalqlar arasında gedən qanlı savaşın sonucunu belə ədəbi dillə təsvir etmək heç Qriboyedovun da ağlına gəlməzdi.Lakin vasitəçilik missiyası Dağlıq Qarabağda özünü dövlət elan etmiş silahlı qüvvələrlə 1994-cü ilin mayına qədər danışıqları davam etdirmişdi. Düzdür,reallığı yaxşı görən təcrübəli şərqşünas və zorən diplomat Levon Petrosyan daşnakların yaratdığı hərbi dəstələri ermənilərin gələcəyinə böyük zərbə sayır və dəfələrlə onlara üzünü tutub, “siz terroçusunuz və bizim gələcəyimizə böyük təhlükə törədirsiz”- deyirdi, lakin nə o, nə də hər hansı beynəlxalq qurum Qafqazdakı qeyrisabitliyi təkbaşına aradan qaldırmağa qadir deyildi. Çünki SSRİ-nin dağılması ilə bölgədə yeni geopolitik arxitektura oturuşmamışdı və bura can atan dövlətlər Azərbaycanı Qarabağın itkisinə razı salıb sabit hakimiyyətlə işbirliyinə gedəcəklərinə əmin deyildilər.1994-cü ilin mayında NATO ilə əməkdaşlığa can atmaqla məruz qaldığı siyasi labirintdən zəif bir çıxış yolu tapan dahi Heydər Əliyev böyük ümidlərlə Brüsselə səfərə gedir. Ölkəsinin taleyini təkcə hərbi meydanlarda deyil, diplomatik səngərdə də qorumağın vacibliyini yaxşı dərk edən təcrübəli sərkərdə,o biri yandan da Qırğızıstanın Bişkek şəhərində keçirilən növbəti Qarabağ danışıqlarına yaxından etibar etdiyi nümayəndəsini göndərir.Əslində bölgədə təkbaşına idarəçiliyini sürdürən Yeltsinə başqa təzyiq yolu qalmamışdı. Müharibə gedən şəraitdə isə neft müqavilələrini sülh sazişindən əvvələ salmağın heç bir əhəmiyyəti ola bilməzdi. Transmilli korporasiyalar güllə yağışı altında buruq qazanası deyildilər.İki gün ərzində hazırlanan saziş layihəsinin mətni indi hər kəsə bəllidir. Lakin Azərbaycan parlamentinin vitse-spikeri Afiyəddin Cəlilov sənədi imzalamağa ixtiyarı olmadığını deyərək, Bakıya qayıdır və işə yenidən dövlət başçıları qarışmalı olur.Bu yerdə daha bir zəruri xatırlatma. Artıq 1993-cü ildə Çeçenistan münaqişəsi yeni rus dövlətçiliyini sarsıtmaqda idi. Şamilin xələfləri 17 milyonluq ərazinin vahidliyini və əminamanlığını pozur, Qərbin himayə etdiyi terrorçuları Şimali Qafqaza cəmləşməsinə şərait yaradırdı. Əslində İŞİD-in əski sələfləri dini bayraq altında Pankisi dərəsindən keçib Qroznıya və Rusiyanın ucqarlarına doğru irəliləyirdilər.Ona görə də 1994-cü ildə Qarabağda istənilən nəticə ilə sülhə nail olmaq Yeltsinin də maraqları daxilində idi. O, həttta buna görə BMT tərəfindən sülyaradıcı qüvvələrin gətirilməsinə də etiraz etməmişdi.Hər halda 9 may tarixindən başlayaraq, Ermənistan və Azərbaycan tərəfinin əvvəlcə müdafiə nazirləri, sonra parlament rəhbərləri məlum atəşkəs sazişini imzaladılar. Sonra üç ildir Dağlıq Qarabağın təhlükəsizliyinə zəmanət istəyi ilə danışıqlarda iştirak edən erməni “naziri”ni də icmanın rəhbəri kimi həmin sənədə daxil etmək qərarını verdilər. Ancaq peşəkar siyasi qrossmeystr Heydər Əliyev yaxşı anlayırdı ki,imzalayıb təslim etmədiyin torpağı təkcə tankın və topun gücü ilə almaq mümkün deyil.Ona görə uzun və ağır danışıqlar sayəsində Kazımirovu divara dirəyib nəhayət, Nizami Bəhmənovun da yekun sənədə adını yazırlar.Lakin Qarabağın müstəqilliyinə hər hansı müddəanın burada olmaması və belə aktların beynəlxalq hüquqi qüvvəsi haqqındakı şübhələr, onun parlamentlərin ratifikasiyasından keçməsi amili on illər ərzində Bişkek protokolunu havadan asılı edir.Ancaq tarixdə həmişə sülh müqavilələrini yazan əsgərlər olub.Nə qədər peşəkar diplomatlara sahib olursan ol, üçüncü Aleksandr dediyi kimi, ən yaxşı müttəfiqin ordu və donanmadır.Tarixi bir haşiyə. Rus sərkərdəsi Aleksandr Nevskinin hökranlığına münasibətdə rus xalqı az qala iki yerə bölünüb. Onun gedib Batı xanın oğlu Sartakla dostlaşmasına və tatar urdusunu Novqoroda gətirməsini ona bağışlamırlar. Monqolların dünyaya ağalıq etdiyi şəraitdə rus knyazının başqahansı yolu qaldığını müasir dövrün vətənsevərləri göstərə bilmirlər. Baxmayaraq ki, Azərbaycanın yarısı zəbt edilsə də,onun qalan ərazisində elə bir şəxs və qüvvə tapılası deyildi ki, gedib Qarabağın müstəqliiyinə razılıq versin. Həmin çernillə o adam özünün ölümünə qərar vermiş olardı.Bir az öncə qeyd etdiyimiz səfərində böyük Əliyev başqa bir mühüm bəyanatını da səsləndirmişdi - ona edilən sui-qəsdlə sovet dövrünün məşhur və qorxulu abreviaturası olan QRU-Baş Kəşfiyyat İdarəsi Azərbaycan rəhbərini aradan götürməklə müstəqli dövlətlərə imperiya ucqarlarından başqa bir şey kimi baxmadıqlarını sübuta yetirmişdilər. Onda 1999-cu ildəki erməni parlamentinin gülləbaranı hələ törədilməmişdi.Deməli, Qafqaz uca bir yüksəklikdir və onun üstündə oturmaq mühüm hərbi-iqtisadi zirvələrə yiyələnmək deməkdir.On illər ərzində müstəqilliyini hüquqi müstəviyə daşımağa çalışan düşmən tərəfi həm də 1994-cü ildə arxasında böyük ərazilər dayanan “12 may may sazişi”ni mühüm siyasi təminat kimi qəbul edirdi.Dörd günlük müharibə təkcə səngərlərin yerini dəyişmədi, həm də keçmiş razılaşmaların da üzərindən xətt çəkib. Axı Lələtəpə və Talış kəndinin ətrafındakı yüksəkliklərdən sonra ermənilərin Moskvaya cəmi bir adamı gedib.O vaxtın şərtləri altında bizə qəbul etdirilməsi istənilən kapitulyasiyann əvəzinə indi Putinin təşəbbüsü ilə Moskvaya yollanan Nəcməddin Sadıqov və Ermənistan MN Qərərgah rəisi Yuri Xaçaturovun qələmindən keçən yeni saziş dayanır. İndi təmas xətti boyunca səngərdə döyüş mövqeyi tutan hər bir general və əsgərin əməl etdiyi son sənəd budur. Azərbaycan əsgəri süngüsü ilə 1-ci Qarabağ savaşının 12 may sazişini qüvvədən saldı.İndi hardadır həmin günlər başını müxtəlif istehkamlarda gizləyən artsaxçı generallar? Niyə atəşi dayandırdırmaq əmrinə onlarsuz razılıq verdikləri üçün gedib “ermənistanlı”ların üstünə silah çəkmirlər?!Ona görə də siyasətçilərin nə deməsindən asılı olmayaraq,ordular həmişə danışıqlarda iştirak edir.Adını “sülh,yoxsa,qələbə müqaviləsi” qoymaqsa, nəticəni dəyişmir.Ermənistan dörd günlük müharibədə təkcə bir neçə yüksəkliyi deyil, həm də siyasi hündürlükləri itirib. Onu bütün xalqı silahlandırıb səngərə doldurmaqla geri qaytarmaq mümkün deyil.Sarkisyana və Petrosyana hərbi şinel geyindirməklə gətirib sərkərdə qiyafəsində əsgərlərə təqdim etmək, yaşlı tülkülərə aslan dərisi geyindirməyə bənzəyir.
OXŞAR XƏBƏRLƏR