Hikmət Hacıyev: “Ermənistanın humanitar atəşkəsə “sadiqliyi” tamamilə ikiüzlülükdür”

Hikmət Hacıyev: “Ermənistanın humanitar atəşkəsə “sadiqliyi” tamamilə ikiüzlülükdür”
SİYASƏT
11:25 14.10.2020
641
Ermənistanın humanitar atəşkəsə "sadiq qalması” tam riyakarlığın təzahürüdür”.
 
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter” səhifəsində yazıb.
 
"Səhərdən Tərtər şəhəri güclü artilleriya hücumuna məruz qalır. Şəhərə və ətraf kəndlərə 100-dən çox top mərmisi atılıb, 6 dinc sakin yaralanıb. Bir mülki şəxs qətlə yetirilib. Tərtər - erməni nasizmi qarşısında Azərbaycanın "Stalinqrad”ıdır”, - o yazıb.
 
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir. Bir mülki şəxs ölüb.
OXŞAR XƏBƏRLƏR