Hindistanın Uttaraxand bölgəsində 50 sərnişini olan avtobus xəndəyə yuvarlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, dəhşətli qəzada 36 nəfər həyatını itirib, bəzi sərnişinlər özlərini pəncərədən çölə atıblar.
Polis avtobusun 42 nəfər tutumunun olduğunu və qəzanın səbəbinin həddindən artıq yüklənmə ola biləcəyini bildirib.
Qəzanın səbəbləri ilə bağlı araşdırma başlanılıb.