Hollandiyada ikinci van Qaal dövrü

İDMAN
16:14 07.07.2012
1403

Azxeber.com-un verdiyi məlumata görə, Bert van Merveykin istefasından sonra bu vəzifəni Lui van Qaal tutub.

60 yaşlı baş məşqçi avqustun 1-dən fəaliyyətə başlayacaq. Təcrübəli mütəxəssis 2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatının sonunadək vəzifəsində qalacaq.  Hollandiyalı çalışdırıcı karyerası ərzində “Ayaks” (Hollandiya), “Barselona” (İspaniya - 2 dəfə), Hollandiya yığması, “AZ Alkmaar” (Hollandiya) və “Bavariya”ya (Almaniya) rəhbərlik edib. Lui van Qaal 2000-2002-ci illərdə Hollandiya yığmasını çalışdırıb. Lakin onun rəhbərliyi altında “narıncılar” DÇ 2002-yə vəsiqə qazana bilməyib və van Qaal istefaya göndərilib. 

OXŞAR XƏBƏRLƏR