Hollivudda Azərbaycan filmi göstərildi

Hollivudda Azərbaycan filmi göstərildi
MARAQLI
13:53 19.11.2011
1664
Noyabrın 15-də Hollivudda "Şərq Qərbi qarşılayır" adlı tədbir keçirilib.
Milli.Az xəbər portalının məlumatına görə, tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə və Azərbaycan-Amerika İttifaqının yaranmasının 5 illiyinə həsr olunub. Elə həmin gün Los-Ancelesin Baş teatr-kino məktəbində Azərbaycan kino gecəsi çərçivəsində ölkəmiz haqda sənədli film və rejissor Samir Kərimoğlunun dram janrında çəkdiyi "Niyyət" filmi nümayiş olunub.Film bitdikdən sonra Baş teatr-kino məktəbinin tələbələri və qonaqlar filmlə bağlı fikirlərini bölüşüblər."Doğrusu, Azərbaycan haqda indiyədək o qədər də çox şey bilmirdik. Amma filmi izlədik və heyrət içindəyik. Gözəl paytaxtınız, tikililəriniz var. Film və aktyorlar haqda isə yalnız müsbət fikirlər söyləmək olar. Hər biri öz xarakterini mükəmməl şəkildə canlandıra bilib", - deyə tələbələr qeyd ediblər.Rejissor Samir Kərimoğlu isə tədbirə gedə bilməsə də, filminin Hollivudda nümayiş etdirilməsinin ona əvəzolunmaz müsbət hiss yaşatdığını bildirdi. Rejissorun sözlərinə görə, sözügedən film 32 günə çəkilib və müəyyən hissələri Məkkədə lentə alınıb. Baş rolları isə Fuad Axundov, Rövşən Məmmədli, Münəvvər Əliyeva və Leyla Əliyeva oynayıblar. Film Azərbaycanın ən ali film mükafatı olan “Zirvə”yə layiq görülüb.Məlumat üçün bildirək ki, kino gecəsi Azərbaycan-Amerika İttifaqı və Los-Ancelesdəki Azərbaycanın baş konsulluğu tərəfindən həyata keçirilib.Milli.Az xəbər portalı sizə Los-Ancelesdə baş tutan kino gecəsindən görüntüləri təqdim edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
19:33 10.05.2025
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
19:18 10.05.2025
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
19:06 10.05.2025
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
19:01 10.05.2025
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
18:57 10.05.2025
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
18:51 10.05.2025
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
18:44 10.05.2025
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
18:41 10.05.2025
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
18:35 10.05.2025
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
18:31 10.05.2025
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
18:19 10.05.2025
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
18:13 10.05.2025
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
17:44 10.05.2025
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
17:25 10.05.2025
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
17:07 10.05.2025
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
16:59 10.05.2025
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər