Müğənni kimi yeni fəaliyyətə başlayan tarzən Humay Qədimova imicini yeniləməyə qərarlıdır. AZXEBER.COM-un məlumatına görə, onun üzərində iki məhşur – Anar Ağakişiyev və Nigar İbrahimova çalışırlar. Onların təşəbbüsü Humayın yeni klipində özünü daha qabarıq göstərəcək. Hələlik Humay yeni saç düzümü və bir qədər dəyişən obrazı ilə göründü. Sənətçi bunu, müğənni kimi fəaliyyətindən yaranan bir zərurət hesab edir.
H.Qədimovanın yeniliyi tək üzərində deyil, sənətində də özünü göstərəcək. Tarzən kimi axtarışlarını davam etdirən sənətçi müğənni fəaliyyəti haqqında bunları düşünüb:
“Bəstəkarlardan yeni mahnılar almışam. Əsas hədəfim əvəzolunmaz sənətkarımız Elmira Rəhimovanın könül oxşayan mahnılarıdır. Onları yeni aranjemanda səsləndirirəm. Özü ilə danışıb, xeyir-duasını almışam. Bu siyahıda Şəmsi Kərimovun da adını çəkərdim” – deyən musiqiçi klip çəkilişinə hazırlaşır. Onun ifasında Elmira xanımın “İntizar” mahnısına maraqlı ekran həyatı veriləcək.
Humayın fotolarının müəllifi Bəhruz Əlizadədədir.Ozal İbrahimli