Hövsan və Biləcəridə oğurluq edən şəxslər saxlanıldı

Hövsan və Biləcəridə  oğurluq edən şəxslər saxlanıldı
KRİMİNAL
13:52 21.01.2026
438
Paytaxtın Suraxanı və Binəqədi rayonlarında talama cinayətləri qeydə alınıb.
 
AZXEBER.COM xəbər verir ki, axşam saatlarında Hövsan qəsəbə sakininin evinin qarşısından ona məxsus yük qaldırıcı qurğunun hissələri oğurlanıb. Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Ə.Quliyevi müəyyən edərək saxlayıblar.

Biləcəri qəsəbəsində keçirilən tədbir zamanı isə zərərçəkənin mənzilindən moped oğurlamaqda şübhəli bilinən S.Hüseynov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR