I sinfə qəbul üçün Alternativ qeydiyyat mərkəzlərinin siyahısı açıqlandı

I sinfə qəbul üçün Alternativ qeydiyyat mərkəzlərinin siyahısı açıqlandı
SOSİAL
12:30 27.04.2021
425
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.

İdarədən AZXEBER.COM-a verilən məlumata görə, Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, həm ənənəvi, həm də onlayn qaydada ("WhatsApp” nömrələr vasitəsilə) təşkil olunacaq.

Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin "WhatsApp” müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.

Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi müəyyən olunub.

Məktəblərdə fəaliyyət göstərəcək Alternativ qeydiyyat mərkəzləri:

1. Binəqədi rayonu - 297, 83 və 313 nömrəli tam orta məktəblər;

2. Nərimanov rayonu - 82 nömrəli tam orta məktəb;

3. Nəsimi rayonu - 19 nömrəli tam orta məktəb;

4. Nizami rayonu - 145 və 129 nömrəli tam orta məktəblər;

5. Pirallahı rayonu - 235 nömrəli tam orta məktəb;

6. Qaradağ rayonu - 110, 180, 195, 228, 274 və 288 nömrəli tam orta məktəblər;

7. Sabunçu rayonu - 74,128 və 130 nömrəli tam orta məktəblər;

8. Səbail rayonu - 163 nömrəli tam orta məktəb;

9. Suraxanı rayonu - 76, 84 və 279 nömrəli tam orta məktəblər;

10. Xətai rayonu - 17 və 165 nömrəli tam orta məktəblər;

11. Xəzər rayonu - 136, 156 və 234 nömrəli tam orta məktəblər;

12. Yasamal rayonu - 18 nömrəli tam orta məktəb.

Onlayn Alternativ qeydiyyat mərkəzləri ("WhatsApp” nömrələr vasitəsilə)

1. Binəqədi, Sabunçu və Yasamal rayonları üzrə: (+994 51) 563-15-77

2. Suraxanı, Xəzər və Pirallahı rayonları üzrə: (+994 51) 543-15 -77

3. Nərimanov, Səbail və Qaradağ rayonları üzrə: (+994 51) 568-15-77

4. Nəsimi, Nizami və Xətai rayonları üzrə: (+994 51) 546-15-77

Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki "Əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün ərizələrin onlayn qeydiyyatı prosesinə aprelin 27-dən, Azərbaycan dilində tədris aparılan bölmə üzrə birinci siniflərə elektron sorğu yerləşdirmək prosesinə isə aprelin 29-dan etibarən başlanılacaq.

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə müraciət etmək istəyən valideynlər aprelin 29-dan mektebeqebul.edu.az elektron sistemində şəxsi kabinetlərinə daxil olaraq övladlarını müsahibəyə yaza bilərlər. Müsahibədə iştirak edərək uğur qazanmış uşaqların həmin bölmə üzrə məktəb seçimi prosesinə isə iyun ayında başlanılması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım