İbadoğlunun kəlləmayallaq pensiya "araşdırması"

İbadoğlunun kəlləmayallaq pensiya "araşdırması"
İQTİSADİYYAT
19:58 16.03.2018
2997

Özünü iqtisadçı alim kimi təqdim edən Qubad İbadoğlu yeni "araşdırması"nı təqdim edib və budəfəki "araşdırması"nı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi yönündə atılan mühüm addımlardan olan pensiyaların indeksləşdirilərək artırılması məsələsinə həsr edib.

Son çıxışlarının birində məşğul əhali ilə muzdla çalışan əhalinin fərqini hələ də dərk etmədiyi aydın olan İbadoğlu bu dəfə bəyanatını statistik göstəricilər əsasında qurmaq istəyib. Lakin yenə də mərəzindən qalmayaraq mövzuya yanaşmasında öz aşına bir az biclik duzu qatıb: iqtisadi alimlik zirvəsindən diqqətlə deyil, bilərəkdən bir az diqqətsizliklə nəzər salan İbadoğlunun qeyri-dəqiq yanaşmasına görə, cari ilin əvvəlindən pensiyaların 2017-ci ilin illik artım göstəricisinə uyğun olaraq artırılmasında gərək 5,7 faiz yox, 5,9 faiz götürüləydi. 

Niyə? Ona görə ki, heç kim yox, məhz İbadoğlu nəzər salanda görüb ki, sən demə, ötən il əvvəlki illə müqayisədə orta aylıq əmək haqqı 5,7 faiz deyil, 5,9 faiz artıb. Bu zaman fərziyyəsini nəyin bahasına olursa olsun əsaslandırmaq üçün bilərəkdən, yaxud elə öz sabit diletant mövqeyindən yenə də yanlışlığa yol verib. Belə ki, 2018-ci ilin əvvəlinə ölkədə orta aylıq əmək haqqının 528,2 manat olduğunu qeyd edən "tanınmış iqtisadçı alimimiz" bu göstəricini Dövlət Statistika Komitəsinin rəsmi məlumatına, bu qurumun rəsmi saytındakı statistik məlumata baxmadan və Komitənin 2017-ci ilin əvvəlinə ölkədə orta aylıq əmək haqqı barədə rəsmi olaraq təqdim etdiyi məlumatdakı 499,8 manatla deyil, 2017-ci ilin əvvəlinə orta aylıq əmək haqqı məbləği ilə bağlı həmin dövrdə operativ olaraq ilkin, yəni tam dəqiqləşməmiş məlumat kimi göstərilmiş 498,6 manat məbləği ilə müqayisə edir. Bununla da, İbadoğlu bəy belə nəticəyə gəlib ki, sən demə, ötən il orta əmək haqlarında artım 5,9 faiz olub və pensiyaların indeksləşdirilməsi də 5,9 faizə uyğun aparılmalıydı. 

Halbuki İbadoğlu bu fərziyyəsini ortalığa atarkən, Dövlət Statistika Komitəsi ilə məlumatı dəqiqləşdirə, ən azı Komitənin hər kəs üçün açıq olan və hər kəsin asan şəkildə daxil ola bildiyi rəsmi saytındakı göstəricilərə nəzər sala bilərdi. O zaman İbadoğluna aydın olardı ki, 2017-ci ilin əvvəlinə ölkədə orta aylıq əmək haqqı 499,8 manat, 2018-ci ilin əvvəlinə isə 528,2 manat təşkil edib və artım 5,68 faiz, yuvarlaq olaraq, 5,7 faiz təşkil edib və pensiyalar da dəqiq şəkildə bu göstərici əsasında  indeksləşdirilərək artırılıb. 

Eyni zamanda, əvvəlki dövrlərdə mövcud olmuş pensiyaların sığorta hissəsinin əvvəlki ilin inflyasiya göstəricisinə uyğun artırılması praktikasından fərqli olaraq, cari ildən pensiyaların ümumi məbləğinin orta aylıq əmək haqqının əvvəlki ilin artım tempinə uyğun indeksləşdirilərək artırılması pensiyalarda daha çox artımın edilməsinə imkan verir. Xüsusilə də bu tədbir aşağı məbləğdə pensiya alanlar üçün daha effektivliyi ilə seçilir. Aparılan təhlillər göstərir ki, hətta inflyasiya tempi orta aylıq əmək haqqının artım tempindən 2 dəfədən çox olduğu halda belə, yeni qayda - yəni pensiyanın ümumi məbləğinin əvvəlki ilin orta aylıq əmək haqqının artım faizi əsasında indeksləşdirilərək artırılması 220 manatadək olan pensiyalarda daha çox artımla nəticələnir. Bu amil də pensiya sahəsində hər bir islahatda hökumətin məhz pensiyaçıların maraqlarını nəzərə aldığını göstərir.

Lakin "tanınmış iqtisadçı alimimiz"ə, görünür, bu - reallığa, həqiqətə istinad eləmək sərf eləmir, çünki məqsədi əhalinin sosial müdafiəsinin güclənməsinə yönələn tədbirləri gözdən salmağa, bu tədbirlər barədə cəmiyyətdə şübhə toxumu səpməyə yönəlib. 

Öz diletant fərziyyəsi ilə pensiyaların indeksləşdirilərək artırılmasında guya qeyri-düzgün hesablama aparılmaasına yol verildiyi qənaətinə gələn, bununla il ərzində pensiyaçılardan 7,5 milyon kəsildiyini iddia edən İbadoğlu unutmamalıdır ki, təkcə cari ilin əvvəlindən dövlət başçısının sosial ödənişlərin-pensiyaların, müavinətlərin, təqaüdlərin, əmək haqlarının artırılması ilə bağlı 40-dək fərman və sərəncamı imzalanıb. Həmin sənədlərə əsasən 3,1 milyondan çox insana, respublika əhalisinin 31,55 faizinə yönələn sosial ödənişlərdə müvafiq artımların  edilməsi üçün hökumət il ərzində əlavə olaraq 600 milyon manat (o cümlədən 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının indeksləşdirilməsinə il ərzində isə 165,4 milyon manat) vəsaitin ayırılmasını nəzərdə tutur. Əlavə olaraq təkcə bu il həmin 600 milyon manat vəsaiti ayıran hökumətin guya pensiyaçılardan 7,5 milyon manat "kəsdiyini" bildirən İbadoğlunun bu iddiası isə sadəcə olaraq gülüncdür


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
18:13 25.05.2025
Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
“Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var”
18:01 25.05.2025
“Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var”
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
17:48 25.05.2025
Xəzərin Qazaxıstan sahillərində 110-dan çox ölü suiti tapılıb
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
17:32 25.05.2025
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb