IBAm mobil əlavəsi yeniləndi - ən çox hökumət ödənişləri artıq bu tətbiqdə

IBAm mobil əlavəsi yeniləndi - ən çox hökumət  ödənişləri artıq bu tətbiqdə
İQTİSADİYYAT
15:26 14.03.2019
3131
Azərbaycan Beynəlxalq Bankı IBAm mobil əlavəsini daha da inkişaf etdirərək yeni funksiyaları müştərilərin istifadəsinə təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, bununla da IBAm ən çox hökumət ödəniş kanalı olan bank mobil tətbiqinə çevrilib. Belə ki, indi IBAm istifadəçiləri cərimə, ipoteka, təhsil haqqı ödənişlərini, eləcə də bütün növ hökumət ödənişlərini IBAm vasitəsilə həyata keçirə biləcəklər. Eyni zamanda, artıq kommunal ödənişlər aparan zaman borclar və abunəçi haqqında məlumatlar da sistemdə əks olunur.

Mobil əlavədə bu son yenilənmə müştərilərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq həyata keçirilib. Azərbaycan Beynəlxalq Bankının Pərakəndə biznes departamentinin direktor müavini Elşən Cəfərov bununla bağlı bildirib: "Azərbaycan Beynəlxalq Bankı ölkədə elektron xidmətlər üzrə lider bankdır. Bank elektron xidmət infrastrukturunu getdikcə inkişaf etdirir. IBAm mobil tətbiqinə kommunal və digər müntəzəm ödənişlərin, ən əsası isə ipoteka və cərimə ödənişlərinin əlavə olunması ilə bağlı son dövrlər kifayət qədər müraciətlər daxil olurdu. Məhz buna görə də sözügedən ödəniş növləri və bununla yanaşı digər bütün növ hökumət ödənişləri müştərilərin xidmətinə təqdim edildi. Yaxın vaxtlarda mobil əlavə istifadəçilərimizə digər bir sıra yeni xidmətlərimizi də təqdim edəcəyik”.

IBAm vasitəsilə kredit sifariş vermək, aylıq kredit borclarını ödəmək, eyni zamanda, kredit üzrə aylıq ödəniş qrafikini nəzarətdə saxlamaq da mümkündür. IBAm istifadəçiləri bütün bunlardan əlavə, aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:

-Hesablar barədə məlumatın əldə edilməsi;

-Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;

-Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;

-Kartların bloklaşdırılması və blokdan çıxarılması;

-"SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;

-Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;

-Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;

- Ölkədaxili hesablararası köçürmələr;

-Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;

-Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;

-Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.

IOS və Android istifadəçiləri "IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.

Yükləmə linkləri:



Bankın internet bankçılıq xidməti olan IBAnking xidmətinə isə bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az

Bank yeni-yeni funksiyalarla IBAm mobil əlavəsinin imkanlarını gələcəkdə də genişləndirəcək.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev