İbrahim Tatlısesdən mirası ilə bağlı QƏRAR

İbrahim Tatlısesdən mirası ilə bağlı QƏRAR
MAQAZİN
19:21 22.04.2026
327
Öd kisəsi əməliyyatından sonra xəstəxanadan çıxan İbrahim Tatlıses mirası haqda aldığı qərarı açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, məşhur müğənni açıqlamasında bütün mirasını dövlətə bağışladığını bildirib.
 
"Heç kimə bir qəpik də çatmır. Mən onu dövlətə vəsiyyət etmişəm. Bəzi insanlar başqalarının əziyyət çəkməsinə səbəb olublar. Atam mənə pul qoymayıb, mən qazanmışam. Mən onu paylayacağam, kimə nə var?" 

Tatlısəs ilə övladları Əhməd Tatlısəs və Dilan Çitak Tatlısəs arasındakı fikir ayrılıqları əvvəllər də xəbərlərdə yer almışdı. Tərəflər arasındakı gərginliyin məhkəməyə verildiyi məlumdur.
OXŞAR XƏBƏRLƏR