İbrahim Tatlısəsin səs oxşarı tapıldı - FOTO + VİDEO

MAQAZİN
13:25 10.05.2013
3311

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəsin əkizi tapıldı.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İbrahim Tatlısəsə səs oxşarlığı ilə seçilən iranlı müğənni Seccad Mehmedi, videoları ilə sosial şəbəkələrdə izlənmə rekoru qırıb.

1987-ci ildə İranın Çaldıran şəhərində dünyaya gələn müğənni uşaq yaşlarından musiqiyə, oxumağa böyük həvəs göstərib. Söylədiyi xalq mahnıları ilə vətənində məşhurlaşan S.Mehmedinin adı, istedadı tezliklə İstanbula da çatıb.

Qeyd edək ki, iranlı müğənni indi Türkiyədə musiqi albomunun işıq üzü görməsi üçün çalışır.

AZXEBER.COM olaraq, görüntüləri sizə təqdim edirik.Ayşə İsazadə

OXŞAR XƏBƏRLƏR