17:31 şənbə, 17 Avqust 2019
SOSİAL

İçki məclisində dava düşdü: bir nəfəri bıçaqladılar

10:39, 20.01.20194429
İçki məclisində dava düşdü: bir nəfəri bıçaqladılar
Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM report-a istinadən bildirir ki, bu gecə saat 00:03 radələrində rayonun 1988-ci il təvəllüdlü Xalatala kənd sakini Heltayev Ruslan Əli oğlu başın təpə hissəsinin kəsilmiş yarası ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, R.Heltayev həmkəndlisi ilə yeyib-içən zaman aralarında mübahisə düşüb. Bu zaman içkili vəziyyətdə olan qarşı tərəf əlində olan bıçaqla onun başına xəsarət yetirib. Yaralı başında cərrahiyyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

R.Heltayevi bıçaqlayan şəxs Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İki gün əvvəl Samux rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
XƏBƏR LENTİ