06:10 Bazar Ertəsi, 25 Iyun 2018
GƏNCLİK

İctimai TV-nin baş direktoru vəzifəsinə iddialı jurnalist Səbuhi Abbasov kimdir – Bioqrafiya

13:51, 30.05.20184375
İctimai TV-nin baş direktoru vəzifəsinə iddialı jurnalist Səbuhi Abbasov kimdir – Bioqrafiya
İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb. Milli Televiziya və Radio Şurasındanverilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı – Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.

Gənc namizədlərdən biri də 32 yaşlı internet-media ekspert, peşəkar jurnalist Səbuhi Abbasovdur. Səbuhi Abbasov16 noyabr1985-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 3 yaşına qədər Göyçə mahalında yaşayıb. Daha sonra ailəlikcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz dədə-baba torpaqlarından köçmək məcburiyyətndə qalmışdır. 2003-cü ildə Mingəçevir şəhər liseyini bitirərək,Bakı Slavyan UniversitetininBeynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinə daxil olmuşdur. 2007-2009–cu illərdə Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin Regionşünaslıq ixtisasında təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.2003-cü ildənYeni Azərbaycan Partiyasının üzvüdür.

Bakalavr pilləsində təhsil alarkən qrup rəhbəri, fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri, fakültə üzrə Tələbə Həmkarların sədri vəzifələri icra etmişdir. Universitetdə bir sıra konfransların, dəyirmi masaların və debatların təşkilatçısı olmuşdur. 2006-cı ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasını təsis edərək 200-dən artıq beynəlxalq və yerli layihələr həyata keçirmişdir.Azərbaycan Respublikası Gənclər və İdman NazirliyininvəAzərbaycan Respublikası Təhsil Nazirliyinin"Fəxri Məzun 2007" diplomuna layiq görülmüşdür. Bir çox xarici ölkələrdə (Almaniya, Avstriya, Macarıstan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İngiltərə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Belarus və s.) keçirilən Beynəlxalq konfranslarda ölkəmizi təmsil etmişdir.

2003-2008-ci illərdə "Elçi”, Yeni Azərbaycan”, "Gələcəyin səsi” və digər media qurumlarında çalışmışdır. 2008-2011-ci illərdə Bakı Slavyan Universiteti Jurnalistika şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 2011-2012-ci illərdə Milli QHT-lər Forumunda icraçı direktor vəzifəsində çalışmışdır. Hal-hazırda www.7NEWS.azinformasiya portalının baş redaktorudur. 2007-2012-ci illərdə BBC, CNN, TRT, RTR, ORT və bu kimi məşhur telekanallarda təcrübə keçmişdir. Azərbaycan, türk, rus, ingilis və ukrayna dillərində danışır.

Ailəlidir, 3 övladı var. Atası Abbasov Mübariz Tovariş oğlu 1958-ci ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olmuşdur. İxtisasca mühəndis olub. 2015-ci ildə rəhmətə gedib.

Anası Abbasova Qətibə Sədr qızı 1961-cı ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olmuşdur. İxtisasca ingilis-dili müəlliməsi olmuşdur. 2014-cü ildə rəhmətə gedib.


Facebook/ Sebuhi Mubarizoglu Abbasov

Twitter/ Sabuhi Abbasov

Linkedin/ Sabuhi Abbasov
 

 

 

 

 

 

 


 

XƏBƏR LENTİ