İdman Federasiyalarının prezidentlərinin toplantısı başlayır
İDMAN
11:55 06.07.2012
1224
Türkdilli Dövlətlərinin Universitetlərinin İdman Federasiyalarının Prezidentlərinin toplantısı başlayır Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi xəbərə görə, 2010-cu ilin mart ayında Türkiyə Universitet İdman Federasiyasının təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində Türkdilli ölkələrinin universitet idman federasiyalarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilmişdir. Bu toplantıda digər Türkdilli ölkələrlə yanaşı Azərbaycanın da nümayəndələri iştirak etmişdir. Toplantının qərarına əsasən ilk dəfə olaraq Türkdilli Dövlətlərinin Universitetlərinin İdman Federasiyası yaradılmışdır. 2010-cu ilin oktyabr ayında Federasiyanın təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində Türkdilli dövlətlərinin tələbələri arasında I İdman Oyunları keçirilmiş və respublikamızın tələbə-idmançıları bu tədbirdə 5 idman növündən iştirak etmişlər. Bu işlərin davam etdirilməsi, Türkdilli dövlətlərin universitet idman federasiyaları arasında əlaqələrin genişləndirilməsi məqsədilə federasiya tərəfindən Gənclər və İdman nazirliyinə müraciət edilmiş və 05 – 08 iyul 2012-ci il tarixlərində Bakı şəhərində Türkdilli dövlətlərin idman federasiyalarının rəhbərlərinin toplantısının keçirilməsi təklif olunmuşdur. 6 iyul tarixində gerçəkləşən görüşdə Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərindən 10 nəfərə yaxın nümayəndə heyyəti iştirak edir.