Polşanın Katovitse şəhərində yeniyetmələr arasında güləş üzrə Avropa çempionatına start verilib.AZXEBER.COM-un məlumatına görə, ilk yarış günü 5 sərbəst güləşçimiz döşək üzərinə çıxıb ki, onların da hamısı medal qazanıb. 50 kq-da çıxış edən Ruslan Surxayev finalda Türkiyəli rəqibinə qalib gələrək Avropa çempionu olub. 42 kq-da Coşğun Məmmədov, 58-də Cahid Həsənzadə və 85-də Çermen Baqayev yalnız finalda uduzaraq gümüş medal qazanıb. Hər 3 güləşçimiz həlledici görüşdə Rusiyadan olan rəqibinə məğlub olub. 69 kiloqramda yarışanŞamil Sadullayev isə bürünc medala yiyələnib.Bu gün 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
//trend