İki müğənninin kürk davası – FOTOLAR

MAQAZİN
10:33 24.01.2013
1983

“Heç vaxt kürk geymərəm. Geyənlərin də əleyhinəyəm!” deyən müğənnini lağa qoydular.

AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, ötən il, daha doğrusu, Yeni il ərəfəsində özünə 20 min dollarlıq kürk alan Hülya Avşara lağ edən Gülben Ergen özü gözəl müğənninin pərəstişkarlarının qınağına tuş gəlib.Bu dəfə H.Avşarın pərəstişkarları G.Ergeni qınaq obyektinə çeviriblər. G.Ergenin ötən il həqiqi kürkdən geydiyi çəkmələrlə çəkildiyi fotoşəkil yayılandan sonra səngimək bilməyən gərginlik yenidən qızışıb.Qeyd edək ki, H.Avşar xalis heyvan dərisindən kürk geydiyi üçün heyvansevərlərin diqqətini özünə cəlb edib. Ona qarşı sosial mediada tənqidi fikirlər səsləndirənlər də az olmayıb. Onlardan biri də Gülben Ergen olub.Buna görə də, Hülya Avşarın fanatları iş başına keçərək, G.Ergenin kürk geydiyi fotoları araşdırıblar və onun ötən il “Chanel” brendinə məxsus xalis kürk çəkmə geydiyi fotonu şəbəkələrdə yayaraq, onu “top atəşi”nə tutublar.

OXŞAR XƏBƏRLƏR