Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz şəhər sakini Ramin Məmmədovun məhkəməsi başlayıb.
AZXEBER.COM-un məlumatına görə, iki uşaq atasını qətlə yetirməkdə təqsirləndirilən R.Məmmədovun məhkəməsi hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilir.İttihama görə, bu ilin aprelin 16-da Xaçmaz şəhər sakini, 32 yaşlı İbrahimov Samir Nadir oğlunu naməlum şəxs bıçaqla qətlə yetirib.Hadisəni törətməkdə şübhəli bilinən Ramin Məmmədov hadisədən 17 gün sonra müəyyən edilərək saxlanılıb.Dindirmə zamanı Ramin həmyerlisini şəxsi münaqişə zamanı öldürdüyünü bildirib.