02:42 çərşənbə Axşamı, 20 Noyabr 2018
SOSİAL

İki uşaq tüstüdən boğularaq öldü - Azərbaycanda

23:33, 08.11.20188702
İki uşaq tüstüdən boğularaq öldü - Azərbaycanda
Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

AZXEBER.COM-un report-a istinadən məlumatına görə, hadisə şəhərin Mehmandarov küçəsi, 2 ünvanında, yerli sakin Əbilov Davuda məxsus fərdi yaşayış evində qeydə alınıb.

Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib. Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı uşaq - 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ