İki yeni iPhone 16 modeli gəlir - FOTO

MARAQLI
14:38 16.02.2024
335
Apple iPhone SE və iPhone 16 seriyalarını birləşdirə və birlikdə təqdim edə bilər. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yeni telefonların hansı kamera dizaynına sahib olacağı tədricən aydınlaşır.

iPhone 15 modellərinin təqdim edilməsindən çox keçməsə də, sentyabr ayında satışa çıxarılacaq iPhone 16 seriyası ilə bağlı yeni məlumatlar gəlməyə davam edir.

iPhone 16 modelləri ilə bağlı maraqlı bir iddia yayılıb.

"Apple” iPhone SE seriyasını iPhone 16 modelləri ilə birləşdirəcək. Bu birləşmə nəticəsində iPhone 16 modellərinə əlavə olaraq iPhone 16 SE və iPhone 16 SE Plus adlı daha iki model çıxacaq.

"Apple” "Samsung Galaxy S24” seriyasındakı kimi yeni şaquli yerləşdirilmiş kamera tərtibatı ilə çıxış edəcək.

Gülay

 


OXŞAR XƏBƏRLƏR