Hindistanda iki başı olan uşaq anadan olub.
AZXEBER.COM Ölkə.Az-a istinadən xəbər verir ki, hadisə Hindistanın Ambayoqay ştatında baş verib. Bu tip körpələri parapaqi adlandırırlar.
Hind mətbuatı bildirir ki, uşağın çəkisi 3.7 kq-dır və iki ürəyi var. Fərqli ağ ciyəri olan körpənin ümumi orqanları da var. Doğuşdan sonra siam əkizinin nəfəsalma problemi ortaya çıxıb.
Qeyd edilir ki, hamilə qadın hamiləliyinin 32-ci həftəsində qarnındakı sancı şikayəti ilə həkimə müraciət edib.
Körpə hamiləliyin 36-cı həftəsində dünyaya gəlib və 1 sutka sonra vəfat edib.




