Efirə çıxışına qadağa qoyulan müğənnilərlə bağlı aparıcı Tarix Əliyev də instaqram səhifəsində paylaşım edib. "Bu çıxan siyahı hələ tam deyil. Bəzi müğənnilər sevinməsin. Bildiyimə görə, ikinci siyahı da tezliklə çıxacaq" - paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün Tarix Əliyev aparıcısı olduğu "Tarixin bir günü" proqramının canlı yayımında tamaşaçıları ilə vidalaşıb və Space TV-dən getdiyini açıqlayıb.










































