16:12 Cümə Axşamı, 21 Fevral 2019
SİYASƏT

İlham Əliyev El-Salvadorun yeni Prezidentini təbrik etdi

17:26, 11.02.20193223
İlham Əliyev El-Salvadorun yeni Prezidentini təbrik etdi
Prezident İlham Əliyev El-Salvador Respublikasının yeni seçilmiş Prezidenti Nayib Bukeleyə təbrik məktubu göndərib.

AZXEBER.COM-un məlumatına görə təbrikdə deyilir: "Hörmətli cənab Bukele, El-Salvador Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə El-Salvador arasında əlaqələrin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
XƏBƏR LENTİ