İlham Əliyev Ərdoğanla görüşəcək

SOSİAL
14:08 13.04.2016
1626
Prezident İƏT toplantısına qatılacaq.
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə İstanbulda Mabeyn İqamətgahında görüşəcək.
Bu haqda Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, dövlət başçıları arasında görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
Qeyd edək ki, İstanbulda aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı keçiriləcək.

OXŞAR XƏBƏRLƏR