İlham Əliyev: Hər zaman güclü olmalıyıq ki, belə faciələr bir daha təkrarlanmasın

İlham Əliyev: Hər zaman güclü olmalıyıq ki, belə faciələr bir daha təkrarlanmasın
SİYASƏT
17:18 26.02.2026
312
Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, belə faciələrin bir daha təkrarlanmaması üçün hər zaman güclü olmaq lazımdır.

Dövlət başçsı Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı çərçivəsində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib:

"Mən hələ Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki, biz azərbaycanlıyıq, biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq və aparacağıq. Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı".

Prezident bildirib ki, bu gün Azərbaycan xalqına, dövlətinə olan hörmət məhz buna görədir.

"O vaxt mən demişdim ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. Bütün şəhidlərin qisası alındı və bütün şəhidlərin doğmaları, yaxınları üçün bu, müəyyən təsəllidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın".

OXŞAR XƏBƏRLƏR