21:55 Bazar Ertəsi, 22 Aprel 2019
SİYASƏT

İlham Əliyev Həsən Ruhaniyə məktub yazdı

11:29, 10.02.20198054
İlham Əliyev Həsən Ruhaniyə məktub yazdı
Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, məktubda aşağıdakılar qeyd olunub:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.


Azərbaycanla İran arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
XƏBƏR LENTİ