“Birinci inanmadım, ikinci tutuldum, üçüncü sevinmədim. Hamımız o yolu getməliyik. Ölüm heç bir dünyasını dəyişən insanın yaşadığı həyatını bəzəməyib”.AZXEBER.COM-un məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. O, illərdir küsülü olduğu həmkarı İlhamə Quliyeva ilə bağlı danışıb:
“Bilmirəm niyə, bu məsələdə məni hədəf seçiblər. Sənətinin yarısı, bəlkə də bütövlüyü ilə biz küsülü idik.Hələ o dünyasını dəyişməmişdən əvvəl məndən halallıq istədi, vermədim. Neçə dəfə studiyalarda barışmaq istədi, razılaşmadım”.Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib.