Xalq artisti İlhamə Quliyeva müğənni Natavan Həbibinin sənətçi Aygün Kazımova nınünvanına dediyi xoşagəlməz sözlərə münasibət bildirib. AZXEBER.COM xəbər verir ki, bu haqda showlife.az saytına açıqlama verən İ.Quliyeva xalq artistini təhqir edən Natavanın cavabını verib. O, heç bir təhqiramiz sözün arxasında durmadığını bildirib: “Mən prezident deyiləm ki, kiməsə titul verəm. Bu adlar sevdiyim insanlara xoş müraciətimdir. Natavana “prinsessa” demişəm. Bu ona haqq qazandırmır ki, gedib xalqa artisti Aygün Kazımovanı təhqir etsin. Natavana demək istəyirəm ki, verdiyim tituldan, adımdan istifadə edib, başqaların a nalayiq sözlər deməsin. Xalq artistinin şərəf və ləyaqətinə heç kəs toxunmamalıdır. Hər zaman demişəm: sizdən böyük sənətkara hörmət edin. Natavanın söylədiyi heç bir sözün arxasında dayanmıram. Bunu özümə yaraşdırmaram. Onun Aygün Kazımovanın ünvanına dediyi sözlərin əleyhinəyəm. Demək istəyirəm ki, Natavan Aygünə hörmət etməlidir. Ümumiyyətlə , xalqın sənətkarlarına hörmət etmək lazımdır. Natavan sussun otursun yerində. Böyüyü təhqir etməzlər. Hamısına sözüm odur ki, mehriban olsunlar, dalaşmaq lazım deyil”.
Maraqlıdır, Aygün Kazımovanın barəsində indiyədək sayı-hesabı olmayan təhqir və kobud ifadələr işlədən İlhamə Quliyevanı nə dəyişdirdi? Görünən odur ki, İlhamə Quliyevanın fikirlərini istədiyi şəkildə idarə edən qüvvə var. O şəxs kimi sevirsə, İlhamə Quliyeva da onu "sevməyə" məcburdur. Əks halda Kazımovanın cavabsız qoymadığı təhqirləri primadonna bu qədər tez unuda bilməzdi...