İlhamə Quliyeva canlı efirdə ağladı - VİDEO

MAQAZİN
14:31 13.11.2014
1534
“Mən təsəvvür edə bilmirəm övlad anaya necə əl qaldıra bilər, övlad ananını necə döyə bilər".AZXEBER.COM-un məlumatına görə, bunu ANS-də yayımlanan "Adam İçində" verilişinin qonağı olan xalq artisti İlhamə Quliyeva deyib.Verilişin efirdə döyülən ananın fotosunu görən xalq artisti kövrələrək danışmaqda çətinlik çəkirdi, döyülən qadının halına yanan xanım müğənnihətta şəklə baxa bilmirdi.O, ananı döyən övladın Allah qarşısında necə böyük günah işlədiyini anlaması üçün ciddi cəzalandırmağı lazım olduğunu bildirib. “O övlad kimdirsə onu ictimaiyyət qınağına çıxarmaq və Azərbaycanda biabır etmək lazımdır. Ona ən ağır hansı cəza varsa onu vermək və ciddi rejimdə bayquş kimi tək kamereda saxlamaq, ona əzab-əziyyət vermək lazımdır”, - deyə xalq artisti bildirib.Qeyd edək ki, 75 yaşlı qadını onun 45 yaşlı üş övlad anası olan doğma qızı vəhşicəsinə döyüb. Qadın xəstəxanada komadadır.
OXŞAR XƏBƏRLƏR