Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Nazpəri Dostəliyevaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş ziyanın ödənilməsinə dair iddiası üzrə mülki işin hazırlıq iclası keçirilib.
Bu barədə AZXEBER.COM-a İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, İlhamə Quliyevanın iddia ərizəsi qanuni olduğu üçün iş məhkəmə baxışına təyin edilib. Məhkəmənin növbəti iclası 10 iyun 2013-cü il, saat 11:00-a təyin olunub.
Xatırladaq ki, İlhamə Quliyeva şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi və ona dəymiş ziyanın ödənilməsinə dair Nazpəri Dostəliyevaya qarşı mülkü iddia qaldırıb. Xalq artisti Nəsimi Rayon Məhkəməsindən xahiş edib ki, qarşı tərəfdən maddi ziyana görə 200 000 AZN, mənəvi ziyana görə 500 000 AZN tutulub ona verilsin.