İlk gecəyə görə ərini öldürdü

DÜNYA
08:59 24.01.2013
2076

Yanvarın 23-də İsrailin Təl-Şəv şəhərinin prokurorluğu 17,5 yaşlı sakininə qarşı qəsdən adam öldürmə ittihamı irəli sürüb.

O,40 yaşlı ərinin qətlə yetirib.

Ona qarşı bilərəkdən adam öldürmə ittihamı irəli sürülüb.

İttiham aktında bildirilib ki, buna səbəb ərinin ona qarşı sərt davranışı olub.

İttiham sənədlərinə əsasən, ilk gecə əri onu zorlayıb. Bu haqda o, valideynlərinə şikayət edib. Onlar bu davranışına görə, ərini qınamamağı ona məsləhət görüblər.

Vəziyyəti belə görən qadın əri ilə birlikdə şəhərdəki parka gedib. Orada o, ərindən çəmənlikdə uzanıb, gözünü yummasını istəyib. Əri də onun dediklərinə əməl edib. Həyat yoldaşı gözlərini yuman kimi qadın ərinə bir neçə bıçaq zərbəsi endirib.

Mənbənin məlumatına əsasən, 17,5 yaşlı qadın artıq bir dəfə ərdə olub. Yeniyetmə yaşında olmasına baxmayaraq, birinci nikahının da uğursuz olduğu bildirilir.//lent.az

OXŞAR XƏBƏRLƏR