İş adamı Ilon Mask İspaniya hökumətinə sərt sözlərlə hücum edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Mask Baş nazir Pedro Sançesin hökumətini "öz ölkəsini qətlə yetirməkdə” ittiham edib.
Eyni zamanda Baş nazir müavini Yolanda Diazı isə "İspan xalqından nifrət etməkdə” ittiham edib.
Maskın bu açıqlaması Diazın ABŞ səfəri zamanı texnologiya nəhənglərinin vergiləndirilməsini və iş qaydalarının tənzimlənməsini tələb etməsindən dərhal sonra gəlib. Diaz həmçinin "çox varlı elitlərin İspaniyada vergi ödəməməsi”ni tənqid etmişdi.
Şahanə Ziyad










































