"Tesla" və "SpaceX" şirkətinin rəhbəri İlon Mask "Twitter"in loqosunu dəyişdirmək istəyir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İlon Mask sözügedən dəyişikliklə bağlı bu fikirləri dilə gətirib:
"Biz tezliklə Twitter brendi ilə və tədricən bütün quşlarla vidalaşacağıq. Bu gecə kifayət qədər X loqosu paylaşılarsa, sabah onu bütün dünyada yayımlaya bilərik".
Mask mövzu ilə bağlı hələ ki, əlavə məlumat verməyib.
Twitter rəsmiləri də mövzu ilə bağlı rəsmi açıqlama verməyib.
Mikayıl