İlon Maskdan internet problemini kökündən həll edəcək addım

DÜNYA
13:31 23.09.2024
125
Tanınmış amerikalı milyarder İlon Mask smartfon dünyasına iddialı bir giriş etməyə hazırlaşır.

AZXEBER.COM-un xarici mediaya istinadən məlumatına görə, milyarder "Tesla" avtomobillərən sonra eyni adlı marka telefonlar da istehsal edəcəyini açıqlayıb. 

Bu telefonların ən əsas özəlliyi "Starlink" peyklərinə qoşularaq daimi pulsuz internet və düşüncə gücü ilə idarə etmə qabiliyyəti olacaq. 
 
Qeyd edilən özəllik sayəsində görmə əngəlli insanlar da telefon və internetdən daha sərbəst istifadə edəcəklər.

Onu da əlavə edək ki, Mask bir müddət əvvəl yeni nəsil telefonların insanların azadlığını müdafiə edən bir cihaz olacağını deyib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR