Yeni araşdırmaya görə, Yer ətrafında peyklərin sayı artdıqca, radio müdaxiləsi riski də artır ki, bu da tədqiqatçıları narahat edir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hollandiyalı alimlərin fikrincə, Starlink şirkətinə məxsus peyklər buraxdıqları dalğalarla radioteleskopları potensial kor edir.
"Astronomy & Astrophysics” jurnalında dərc olunan yeni araşdırmaya görə, İlon Maskın SpaceX tərəfindən istehsal edilən ikinci nəsil Starlink peykləri birinci nəsil peyklərlə müqayisədə 32 dəfə daha çox arzuolunmaz elektromaqnit şüalanma sızdırır.
Araşdırmanın rəhbəri Cees Bassa verdiyi açıqlamada: "SpaceX hər həftə təxminən 40 ədə ikinci nəsil Starlink peyklərini kosmosa göndərdiyinə görə bu problem daha da ciddiləşir. Bu bizim qalaktika ilə əlaqə yarada bildiyimiz tək vasitə olan teleskopları sıradan çıxara bilər". deyib.
Qeyd edək ki, hazırda SpaceX-in orbitdə 6300-dən çox işləyən peyki var. Şirkət bu rəqəmi iki dəfə artırmağı planlaşdırır və daha 30.000 peyk üçün icazə tələb edib.
Cəmalə