Teleaparıcının həyat yoldaşı ANS-də “Hökm” verilişində çıxış edən vəkil Zülfiyyə Babayevadır.
Həmçinin bildirək ki, Zülfiyyə Babayevanın Gülər Əhmədovanın vəkili olduğu da deyilir. Bu gün isə İlqar Mikayıloğlu Lent.az saytına onunla bağlı mətbuatda gedən məlumatlara münasibət bildirib: “Hamı mənə həyatımla bağlı suallar verir. Mənim şəxsi işlərimə və həyatıma qarışılmasını istəmirəm. Bundan artıq nə təkzib, nə də təsdiq vermirəm. Şəxsi həyatımda qapalıyam”.